RU

Rusiyanın neft nasos stansiyası vurulub

Rusiyanın

Ukrayna Pilotsuz Sistemlər Qüvvələri Rusiya Federasiyasının Vladimir vilayətində yerləşən neft nasos stansiyasına zərbələr endirib.

Reyting.az
xəbər verir ki, bunu Pilotsuz Sistemlər Qüvvələrinin komandiri Robert Brovdi təsdiqləyib.

Onun sözlərinə görə, “Transneft” zərbə nəticəsində zədələnib. Söhbət Moskva halqalı neft kəmərinə dizel yanacağını vuran neft nasos stansiyasından gedir.

Brovdi deyib ki, Pilotsuz Sistemlər Qüvvələrinin 14-cü alayı obyekti çoxsaylı itkilərlə üzləşdirib.

Ukrayna dronları daha əvvəl Rusiyadakı İlski neft emalı zavodunu vurmuşdu.

V. QULİYEV
Избранный
67
1
reyting.az

2Источники