RU

Ağsuda “Vaz”la “Howo” toqquşdu: Ölən var

Ağsu rayonunda ağır yol qəzası baş verib.

"Cebheinfo.az" xəbər verir ki, Ağsu-Bico avtomobil yolunun Ərəbuşağı kəndidən keçən hissəsində “Vaz” markalı avtomobillə “Howo” markalı yük maşını toqquşub.

Nəticədə “Vaz”da olan 1965-ci il təvəllüdlü sərnişin M.Sadıqov vəfat edib, avtomobilin 33 yaşlı sürücüsü Bəhlul Sadıqov isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

"Cebheinfo.az" 

Избранный
31
7
cebheinfo.az

8Источники