AQEM-in bu gün keçirilən forumu mühüm əhəmiyyət kəsb edir, çünki bu, Azərbaycanın sədrliyində keçirilən ilk forumdur.
APA xəbər verir ki, bunu AQEM-in Baş katibi Kayrat Sarıbay Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Beyin Mərkəzləri Forumunun 13-cü toplantısında deyib.
O, Asiyanın qlobal arenada gücünün artmasının AQEM-in beynəlxalq nüfuzuna töhfə verdiyini vurğulayıb. Baş katib qeyd edib ki, təşkilat təhlükəsizlik və iqlim məsələlərinin də daxil olduğu bir çox əhəmiyyətli sahələrdə araşdırmalara dəstək göstərir.