RU

İspaniya İsrailə qarşı tədbirləri açıqladı

 İspaniyanın baş naziri Pedro Sançes bazar ertəsi Tel-Əvivin Qəzza zolağına dair siyasəti ilə əlaqədar İsrailə qarşı bir sıra tədbirlər görəcəyini açıqlayıb.

Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, bu tədbirlərə İsrailin silah tədarükünə embarqo və Qəzzadakı vəziyyətə görə məsuliyyət daşıyanların İspaniyaya girişinə qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsi daxildir.

“Ölkəni müdafiə etmək tamamilə fərqli bir şeydir, amma xəstəxanaları bombalamaq və günahsız uşaqları ac qoymaq humanitar qanunları pozaraq müdafiəsiz insanları öldürməkdir”, - Sançes deyib.

İlahə Qənbərli

Missiya.Az

Избранный
77
missiya.az

1Источники