Mütəxəssislərin fikrincə, musiqi sədaları altında rəqs etmək həm psixoloji, həm də fiziki sağlamlıq üçün olduqca faydalıdır.
Milli.Az xəbər verir ki, araşdırmalara görə, klubda rəqs etmək orqanizmin gündəlik yandırdığı kalorilərin miqdarını artırır, ürək-damar sistemini gücləndirir və əzələləri aktivləşdirir. Rəqs zamanı bədənin bütün hissələri işlədiyindən bu fəaliyyət idmanın əyləncəli forması sayılır.
Bundan əlavə, musiqi və ritmlə hərəkət etmək stressi azaldır, beyində xoşbəxtlik hormonu olan endorfinlərin ifrazını artırır. Sosial mühitdə rəqs etmək isə özünəinamı gücləndirir və insanın əhvalını yüksəldir.
Mütəxəssislər qeyd edirlər ki, klubda rəqs etməyin həm əyləncə, həm də sağlamlıq baxımından faydalarından yararlanmaq üçün alkoqollu içkilərdən sui-istifadə etməmək və balanslı həyat tərzini qorumaq vacibdir.
Milli.Az