RU

Türkiyədə qayadan oyulmuş məbəd-məscid - 800 illik tarix

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin Kayseri vilayətinin Yeşilhisar rayonunda qayadan yonulmuş, birinci mərtəbəsi məbəd, yuxarı mərtəbəsi isə məscid olan tarixi tikili öz nadir forması ilə turistlərin diqqətini cəlb edir.
Oxu.Az xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.
Ərazidə bələdçilik edən 75 yaşlı Mustafa Göktaş bildirib ki, unikal quruluşa malik bu dini-tarixi abidənin 800 illik tarixi var:
"Bu məkanın çox böyük mənəvi dəyəri var, lakin bərpa işlərinə ehtiyac duyulur. Bizim üçün çox dəyərli və mənəvi əhəmiyyət daşıyan bir yerdir. Ətrafda 20-dən çox kilsə, ibadətgah və monastır mövcuddur. Bura kilsələrin, monastırların, ibadətgahların və yaşayış məkanlarının bir arada olduğu nadir yerlərdən biridir. Bu səbəbdən çox qiymətlidir. Digər tərəfdən, bura qayaüstü yaşayış kompleksi sayılır. Tarixi məlumatlara görə, vaxtilə Kapadokya bölgəsinin inzibati mərkəzi olub".
Избранный
70
1
oxu.az

2Источники