RU

Luis Suares üç oyunluq cəzalandırıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İnter Mayami"nin uruqvaylı hücumçusu Luis Suares "Sietl Saunders" klubunun əməkdaşına tüpürdüyü üçün MLS-də üç matçdan kənarlaşdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə MLS-in rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, hadisə "İnter"in 3:0 hesabı ilə uduzduğu Liqa Kubokunun final matçı bitdikdən sonra baş verib. Final fitindən sonra meydana qaçan hər iki komandanın futbolçuları ilə məşqçiləri və heyəti arasında kütləvi dava baş verib.
Bu zaman 38 yaşlı Suares "Sietl" işçilərindən biri ilə şifahi mübahisə etdikdən sonra onun üzünə tüpürüb. Futbolçu daha sonra etdiyi hərəkətə görə üzr istəyib.
Избранный
49
6
oxu.az

10Источники