RU

“Yuventus Next Gen” 3 ildə 200 milyon avro gəlir gətirib

“Yuventus”un Seriya C-də çıxış edən gənclər komandası son üç ildə transferlərdən 200 milyon avro gəlir əldə edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Football Italia" məlumat yayıb.

Qeyd olunur ki, “Yuventus” Seriya A klubları arasında aşağı liqalarda çıxış edən komandaya malik ilk klub olub. “Yuventus U23” komandası 2018-ci ildə fəaliyyətə başlayıb və dörd il sonra “Yuventus Next Gen” (ingiliscə “Next Generation” – “Növbəti Nəsil”) adı ilə yenidən adlandırılıb.

Bu komandadan bir sıra tanınmış futbolçular çıxıb. Onlara Madridin “Real”ında çıxış edən Din Höysen, “Roma”ya 30 milyon avroya transfer olunan Matiyas Süle və “Milan”a 20 milyon avroya keçən Koni De Vinter daxildir.

Избранный
50
90deqiqe.az

1Источники