RU

Azərbaycanda quş əti ilə özünütəminat səviyyəsi kəskin azaldı: Səbəb nədir?

Azərbaycanda ət və ət məhsulları ilə özünütəminetmə səviyyəsi azalıb. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2024-cü ildə Azərbaycanda bütün növ ət və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi 83,4 faiz təşkil edib. Bu isə o deməkdir ki, göstərici 2023-cü illə müqayisədə 1.9 faiz bəndi azalıb.

Ayrı-ayrı ət növləri üzrə təminat dinamikasına nəzər yetirdikdə aydın olur ki, ötən il ölkənin mal əti və ət məhsulları üzrə özünütəminat səviyyəsi 88,5 faiz təşkil edib. Bu isə əvvəlki ilin nəticəsindən (88,4 faiz) cüzi - 0,1 faiz bəndi çoxdur.

Qoyun və keçi əti üzrə özünütəminetmə səviyyəsində də artım var -2023-cü ildəki94,9 faizdən 96,5-ə qədər. Artım balıq və balıq məhsullarında da müşahidə olunub - 2023-cü ildəki 75,4 faizdənötən il 77,3 faizə.

Quş əti üzrə təminatda isə kəskin azalma qeydə alınıb.202

4-cü ildə göstərici 76,6 faiz təşkil edib ki, bu da 2023-cü ildəki 81,7 faizlə müqayisədə 5,1 faiz bəndi aşağıdır.

Maraqlıdır ki, Azərbaycanda son illərdə mal və qoyun sayında sürətli azalma gedir. Bu şəraitdə xaricdən diri heyvan idxalı da artır. Lakin mal və qoyun əti ilə təminat səviyyəsi davamlı artım nümayiş etdirir.

Ölkədə quşların sayı, istehsal olunan yumurta sayı, quş əti və ət məhsullarının istehsalı artsa da, özünütəminat səviyyəsi aşağı düşür. Rəsmi statistikaya əsasən 2024-cü ilin sonunda ölkənin quşçuluq təsərrüfatlarında olan quşların sayı 2023-cü ilin sonu ilə müqayisədə 7,3 faiz artaraq 12 milyon 91,5 min başa çatıb. Bu müəssisələrdə quş əti istehsalı isə diri çəkidə 82,3 min ton təşkil edib. Bu isə 76 min ton istehsalın qeydə alındığı 2023-cü illə müqayisədə 8,3 faiz çoxdur.

Rəsmi ərzaq balansına əsasən 2024-cü ildə Azərbaycanda quş əti və ət məhsullarının istifadəsi 2023-cü ildəki 175 696 tondan 194 942 tona qədər artıb. İl ərzində bu məhsulların istehsalında da artım qeydə alınıb. Belə ki, istehsal 2023-cü ildəki 137 min 501 tondan 143 min 231 tona yüksəlib. İdxal da 31758 tondan 45184 tona çatıb.

Bu zaman əhalinin şəxsi istehlakı 166 139 tondan 184 183 tona qədər artıb. İxrac isə 1977 tondan 2194 tona çatıb.

Beləliklə, quş əti üzrə istehsal göstəricilərində artım var, amma özünütəminat səviyyəsi azalıb. Bunun səbəbi nədir? Ölkəni toyuq yumurtası ilə tam təmin edərək ixraca başlayan quşçuluq sektoru niyə ət istehsalını da sürətlə artırmır? Sualları cavablandıran Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənlinin “Yeni Müsavat”a dediyinə görə, ölkədə toyuq ətinə tələbat sürətlə artır: “Əvvəla, əhali sayı artır, ikincisi, ölkəyə gələn turistlərin sayı artır. Üçüncüsü isə mal və qoyun ətinin sürətlə bahalaşması fonunda quş əti qiymətləri sabit qalır, kəskin şəkildə ucuzdur. Bütün bunlar toyuq ətinə tələbatı onun istehsal sürətindən daha yüksək sürətlə artırır. Açığını deyim ki, Azərbaycanın quşçuluq təsərrüfatları qısa müddətdə ət istehsalını kəskin artırmaq potensialına malikdirlər. Necə ki, biz 2-3 ildə damazlıq və süfrə yumurtası ilə özünütəminat səviyyəsini 100 faizdən yuxarıya çatdırıb, ixraca başlamışıq, eyni qaydada toyuq ətində də istehsalı artıra bilərik. Nəinki bilərik, bunu istəyirik də”.

Mürvət

Избранный
46
aznews.az

1Источники