RU

“Düşmən ölkələrdən Rusiyaya təhlükəli heyvanlar gətirilə bilər” –

“Dost olmayan ölkələrdən Rusiya  ərazisinə təhlükəli bitki və heyvanların gətirilməsi mümkündür“.

AzPost bildirir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev danışıb.

“Qeyri-dost ölkələr tərəfindən ərazimizə yad bitki növlərinin gətirilmə riskini istisna etmək olmaz. Heyvanların və müvafiq olaraq mikroorqanizmlərin qəsdən yeridilməsi də dövlətimizə qarşı bioloji müharibə üsulu kimi qəbul edilir” -deyə Medvedyev Rusiya Təhlükəsizlik Şurasının komissiyasının iclasında çıxışı zamanı vurğualyıb.

Çıxışın videosu  “VKontakte” sosial şəbəkəsindəki səhifəsində yayılıb.

Medvedev qeyd edib ki, Rusiya bitki və heyvan növlərinin qəsdən pis niyyətlə gətirilməsi qlobal iqlim dəyişikliyi ilə bağlı obyektiv hallarla yanaşı mümkündür.

AzPost.az

Избранный
103
azpost.info

1Источники