RU

“Azərbaycan millisinin zəif olduğunu düşünmürəm” – Sergey Rebrov

Ukrayna millisi sabah DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turu çərçivəsində Bakıda Azərbaycanın qonağı olacaq.

Publika.az xəbər verir ki, yığmanın baş məşqçisi Sergey Rebrov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Bu günün əsas xəbəri Fernando Snatuşun Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən qovulmasıdır. Reaksiyanız necədir və bu, sabahkı oyuna hazırlığa necə təsir edəcək?

– Təbii ki, bu, hazırlığa təsir edir. Lazımi düzəlişləri edəcəyik. Rəqib komandanı futbolçular üçün təhlil etmişik. Hücumda və müdafiədə necə oynadıqlarını göstərdik. Amma vacib olan sabah bizim nə göstərəcəyimizdir.

– Sabah Aleksandr Zinçenkonu harada görəcəyik – meydanın mərkəzində, yoxsa cinahda?

– Sabahkı oyunu gözləyin, görərsiniz. Ümumiyyətlə, Aleksandr meydanda olanda istənilən mövqedə komandaya çox kömək edir. Ürəyi ilə oynayır, Ukrayna üçün oynayır. “Arsenal”da məşq etmədən milliyə gələndə belə, onun bu mövsüm heç bir oyun keçirmədiyini hiss etmədim. Əminəm ki, o indi “Nottingem Forest”də daha çox oynayacaq.

– Fransa ilə oyunda millinin heyətində üç debütant gördük. Hazırda milli komanda sisteminin, xüsusən də Unay Melqosanın gənclərdən ibarət komandasının çıxışı sizi qane edir?

Избранный
26
1
publika.az

4Источники