RU

Paşinyanın deputatından sülh açıqlaması

Ermənistanın hakim “Vətəndaş sazişi” fraksiyasının rəhbəri Ayk Koncoryan müxalifətin siyasi təqiblərlə bağlı səsləndirdiyi iddialara sərt cavab verib.

Msuavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, parlamentdə çıxış zamanı danışıb.

Ayk Koncoryan bildirib ki, saxlanılan şəxslər siyasətə görə deyil, terror aktı hazırlamaq və silahlı çevriliş cəhdində ittiham olunurlar. Koncoryanın sözlərinə görə, məqsəd Azərbaycanla sülh prosesini – 8 avqustda Vaşinqtonda əldə olunan razılaşmaları – pozmaq olub.

Onun çıxışı “Ermənistan” fraksiyası deputatlarının bəyanatlarına cavab kimi səsləndirilib. Müxaliflər həbs edilən tərəfdarlarını “siyasi məhbus” adlandıraraq, cinayət işlərini siyasi təqib hesab ediblər. Lakin Koncoryan bildirib ki, həmin şəxslər “terrorizmin təşkili, silahlı çevrilişə açıq çağırış, konstitusiya quruluşunun devrilməsi cəhdi, avtobusların yandırılması və xaos yaratmaqda” ittiham olunurlar.

Hakim fraksiyanın rəhbəri ritorik sual verib:

“Əgər terror aktı baş tutsaydı, ölkənin taleyi necə olardı?”

O, bu suala özü cavab verərək deyib ki, həmin halda 8 avqustun hadisələri baş verməzdi, sülh müqaviləsi paraflanmazdı və Azərbaycanın suverenlik və ərazi bütövlüyünü ehtiva edən 5 prinsip əsasında yolların açılması ilə bağlı bəyannamə imzalanmazdı.

Koncoryanın sözlərinə görə, müxalifətin məqsədi sülh gündəliyini pozmaq, dövlət çevrilişi həyata keçirmək və Ermənistanı “marionet dövlətə” çevirmək olub.

Musavat.com

Избранный
23
1
musavat.com

2Источники