RU

Almaniyada 17 yaşlı fəalın evində qanunsuz axtarış qalmaqala səbəb oldu

Almaniyada polis 17 yaşlı fəal Neli Kruşinskinin mənzilində qanunsuz axtarış aparıb.

O, kansler Fridrix Mersə qarşı çəkilmiş qrafitinin müəllifi olmaqda şübhəli bilinirdi. Bu barədə WDR məlumat yayıb.

Editor.az xəbər verir ki, məlumata görə, axtarışa icazə Arnsberq dairə məhkəməsinin qərarı ilə verilib. Lakin məhkəmə sənədləri göstərib ki, bunun üçün ciddi əsaslar olmayıb. Order yalnız qeyri-dəqiq şahid ifadələrinə və polisə daxil olmuş anonim məktuba əsaslanıb. Nəticədə axtarışın qanunsuz olduğu rəsmən tanınıb.

Neli Kruşinski isə üzərinə irəli sürülən ittihamları qəbul etmir. Hadisə Almaniyada geniş rezonans doğurub və hüquq-mühafizə orqanlarının səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı müzakirələri gücləndirib.

//Samir Qurbanov, Editor.az

Избранный
16
editor.az

1Источники