RU

Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç karvanı yola salındı

AĞDƏRƏ, 8 sentyabr. TELEQRAF

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu köç mərhələsində 29 ailə olmaqla 105 nəfər Vəngli köndinə köçürülür.Köç edən ailələr respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə köçürülən ailələr bu günə kimi, Kürdəmir. Bakı,Ağdam,Yevlax, İmişli, Ağsu,Şamaxı, Goranboy, Qax,Bərdə,Mingəçevir şəhər və rayonlarında məskunlaşan ailələrdir.

Ağdərə rayonunun Vəngli kəndinə köç edən 29 ailə 105 nəfərAğdam rayon Dörd yol adlanan ərazisindənyola salınıb.
Bu köç də nəzərə alınmaqla Ağdərə rayonunun Vəngli kəndinə cəmi 51 ailə 188 nəfər köçürülüb.

Избранный
26
7
teleqraf.com

10Источники