Qüdsün Ramot bölgəsində silahlı hücumda 4 nəfər ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Yaralananlar xəstanaxalara yerləşdirilib.
Onlardan 5-nin vəziyyəti ağır olaraq qalır.
Rəsmilər iki terrorçunun zərərsizləşdirildiyini bildirib.
**
Qüdsün Ramot bölgəsində silahlı insident baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, nəticədə 15 nəfər yaralanıb.
Onlardan 6-nın vəziyyəti ağırdır.
Məlumata görə silahlı hücumu törədən şəxslər iki nəfər olub və onlar hadisə yerində zərərsizləşdirilib.
Faktla bağlı araşdırma aparılır.