RU

Tokayev açıqladı - Qazaxıstan dəyişikliyə gedir

BAKI, 8 sentyabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə parlament islahatının aparılmasını və indiki ikipalatalı parlamentin əvəzinə birpalatalı parlamentin yaradılmasını təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə o, Qazaxıstan xalqına illik müraciətində bildirib.

“Bu gün yaxın gələcəkdə ölkəmizdə birpalatalı parlamentin yaradılması təklifi ilə çıxış edəcəyəm. Dərhal xəbərdarlıq etmək istərdim ki, bu, çox ciddi məsələdir və onun həllində tələskənlik tamamilə yersizdir. Bu islahat vətəndaş sektorunda, ekspert icmasında və parlamentdə hərtərəfli müzakirə obyektinə çevrilməlidir”, - prezident deyib.

Tokayev qeyd edib ki, belə bir parlament yalnız partiya siyahıları ilə seçilməlidir.

“Qazaxıstanda birpalatalı parlamentin yaradılması məsələsi Konstitusiyaya dəyişiklik edilməsi üçün referendumla həll olunmalıdır, bu, 2027-ci ildə baş verə bilər”, - Qazaxıstan lideri qeyd edib.

Избранный
34
1
teleqraf.com

2Источники