RU

Xaçmazda ağır qəza: Ölən var

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib...

Oxu.Az-ın məlumatına görə, hadisə Quba-Xaçmaz yolunun Xaçmaz rayonu, Yergüc kəndi yaxınlığında qeydə alınıb.

Eldəniz Şahvələd oğlu İskəndərov idarə etdiyi "Toyota Corolla" avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada Sahib Məcid oğlu Süleymanovu vurub. Hadisə nəticəsində S.Süleymanov aldığı xəsarətlərdən yerindəcə ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Poliqon.info

Избранный
24
1
poliqon.info

2Источники