Nazirliyin məlumatında bildirilir ki, hazırda xilasedicilər və enerji mütəxəssisləri hadisə yerində işləyir, dağıntıların nəticələrinin aradan qaldırılması üçün təcili tədbirlər görülür. Qurum əhaliyə müraciət edərək vəziyyətin stabilləşdirilməsi istiqamətində bütün mümkün addımların atıldığını vurğulayıb:
"Hazırda xilasetmə və bərpa işləri davam etdirilir. Sürətlə vəziyyəti stabilləşdirməyə çalışırıq. Enerji təchizatındakı dəyişikliklər barədə əlavə məlumat veriləcək."
Qeyd edək ki, Rusiya son aylarda Ukraynanın enerji sistemini sistemli şəkildə hədəfə alır. Bu, payız-qış mövsümü ərəfəsində ölkənin elektrik təminatını çətinləşdirmək məqsədi daşıyır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31