RU

Rusiya Ukraynanın ürəyini nişan aldı – Kiyev vilayətində istilik stansiyası gecəyarısı raketlərlə dağıdıldı

Olaylar.az xəbər verir ki, Rusiya ordusu ötən gecə Ukraynanın enerji infrastrukturuna növbəti dəfə kütləvi zərbələr endirib. Ukrayna Energetika Nazirliyinin açıqlamasına görə, hücumların əsas hədəfi Kiyev vilayətində yerləşən istilik elektrik istehsalı obyekti olub.

Ukrayna ordusu Donetskdə daha bir kəndi azad etdi – “Zariçne tam nəzarətimizdədir”

Nazirliyin məlumatında bildirilir ki, hazırda xilasedicilər və enerji mütəxəssisləri hadisə yerində işləyir, dağıntıların nəticələrinin aradan qaldırılması üçün təcili tədbirlər görülür. Qurum əhaliyə müraciət edərək vəziyyətin stabilləşdirilməsi istiqamətində bütün mümkün addımların atıldığını vurğulayıb:

"Hazırda xilasetmə və bərpa işləri davam etdirilir. Sürətlə vəziyyəti stabilləşdirməyə çalışırıq. Enerji təchizatındakı dəyişikliklər barədə əlavə məlumat veriləcək."

Qeyd edək ki, Rusiya son aylarda Ukraynanın enerji sistemini sistemli şəkildə hədəfə alır. Bu, payız-qış mövsümü ərəfəsində ölkənin elektrik təminatını çətinləşdirmək məqsədi daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
44
1
olaylar.az

2Источники