RU

Türkiyənin ədliyyə naziri: "İstanbulda baş verən toqquşmalarla bağlı istintaq başladılıb"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Cümhuriyyət Xalq Partiyası (CHP) tərəfdarlarının bazar ertəsinə keçən gecə (sentyabrın 9-da) partiyanın İstanbulda yerləşən qərargahı önündə keçirdiyi aksiya ilə bağlı məhkəmə istintaqı başladılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunc özünün "X" hesabında məlumat verib.
Y.Tunc sosial mediada təxribat xarakterli paylaşımlar edənlərlə bağlı da məhkəmə istintaqının başladıldığını açıqlayıb.
"Məhkəmə qərarına hörmət etmək hər kəs üçün bir öhdəlikdir. Qanunun aliliyi demokratik nizamın təminatıdır. Ona görə də cəmiyyətdə gərginlik və iğtişaş yaradacaq küçə etirazlarından çəkinməli, hamı məhkəmə prosesinin nəticəsini gözləməlidir", - Y.Tunc qeyd edib.
Məlumat üçün qeyd edək ki, 2 sentyabrda İstanbul məhkəməsi CHP-nin İstanbul şöbəsinin 2023-cü ilin payızında keçirilmiş qurultayının nəticələrini etibarsız saymaq barədə qərar çıxarıb. Ehtiyat tədbiri kimi şöbənin rəhbəri Özgür Çelik və digər rəhbər şəxslər vəzifələrindən kənarlaşdırılıblar. Buna etiraz edən CHP tərəfdarları partiyanın İstanbuldakı qərargahının önündə qanunsuz aksiya təşkil ediblər. Aksiya zamanı polislə toqquşmalar olub.
Избранный
60
1
oxu.az

2Источники