RU

Çin və ABŞ arasında ticarət dövriyyəsi son 8 ayda 14,4% azalıb

Yanvar-avqust aylarında Çin ilə ABŞ arasında ticarət dövriyyəsi illik müqayisədə 14,4% azalaraq 380,06 milyard ABŞ dolları təşkil edib.

Operativ Media xəbər verir ki, bu haqda Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumat yayıb.

Rəsmi statistikaya əsasən, hesabat dövründə Çindən ABŞ-yə ixrac 15,5% azalaraq 282,95 milyard dollar olub. ABŞ-dən Çinə idxal isə 11% azalaraq 97,11 milyard dollara enib. Nəticədə, Çinin ABŞ ilə ticarət balansındakı müsbət saldo ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 17,2% azalaraq 185,84 milyard dollar təşkil edib.

Avqust ayında Çin və ABŞ arasında ticarət dövriyyəsi iyul ayı ilə müqayisədə 10,5% azalaraq 42,88 milyard dollar səviyyəsində olub. Bunun 31,6 milyard dolları Çindən ABŞ-yə ixracın payına düşüb ki, bu da 11,7% azalma deməkdir. ABŞ-dən idxal isə 6,6% azalaraq 11,28 milyard dollar təşkil edib.

Çin ABŞ-dən əsasən soya, pambıq, qarğıdalı, mikroçiplər, yolsuzluq avtomobilləri, kokslaşan kömür, mis və mis filizi idxal edir. ABŞ isə Çindən smartfonlar, gömrük rəsmiləşdirilməsi sadələşdirilmiş aşağı qiymətli mallar, kompüterlər, litium-ion batareyalar, uşaq oyuncaqları, plastik məmulatlar, müşahidə kameraları, məişət texnikası, geyim və ayaqqabı ixrac edir.

Избранный
114
1
operativmedia.az

2Источники