RU

Cüzi vəsaitlə yeni həyata başlamağın mümkün olduğu 10 ölkə - SİYAHI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Vyetnam 46 ölkə arasında birinci yeri tutaraq, əcnəbilər üçün şəxsi maliyyə məsələlərində dünyanın ən əlverişli ölkəsi seçilib. Vyetnam bu uğuru ardıcıl beşinci dəfə təkrarlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "InterNations"un apardığı "Expat Insider" araşdırmasında məlumat verilib.
2014-cü ildən bəri hər il aparılan araşdırmada müxtəlif ölkələrdə yaşayan, 172 milləti təmsil edən 10 mindən çox əcnəbi vətəndaşdan məlumat toplanılıb.
Şəxsi maliyyə indeksi sorğusunda iştirak edən respondentlərdən maliyyə vəziyyətləri, ümumi yaşayış xərcləri və gəlirlərinin yaşadıqları ölkədə rahat yaşamaq üçün kifayət edib-etməməsi barədə məmnunluqları soruşulub.
2025-ci ildə əcnəbilər üçün maddi baxımdan ən əlçatan 10 ölkə bunlardır: Vyetnam, Kolumbiya, Panama, Çin, Tailand, İndoneziya, Filippin, Meksika, Malayziya, Braziliya.
Избранный
43
8
oxu.az

10Источники