Vyetnam 46 ölkə arasında birinci yeri tutaraq, əcnəbilər üçün şəxsi maliyyə məsələlərində dünyanın ən əlverişli ölkəsi seçilib. Vyetnam bu uğuru ardıcıl beşinci dəfə təkrarlayıb.
Bu barədə "InterNations"un apardığı "Expat Insider" araşdırmasında məlumat verilib.
2014-cü ildən bəri hər il aparılan araşdırmada müxtəlif ölkələrdə yaşayan, 172 milləti təmsil edən 10 mindən çox əcnəbi vətəndaşdan məlumat toplanılıb.
Şəxsi maliyyə indeksi sorğusunda iştirak edən respondentlərdən maliyyə vəziyyətləri, ümumi yaşayış xərcləri və gəlirlərinin yaşadıqları ölkədə rahat yaşamaq üçün kifayət edib-etməməsi barədə məmnunluqları soruşulub.
2025-ci ildə əcnəbilər üçün maddi baxımdan ən əlçatan 10 ölkə bunlardır: Vyetnam, Kolumbiya, Panama, Çin, Tailand, İndoneziya, Filippin, Meksika, Malayziya, Braziliya.