RU

İspaniya, Belçika, Niderland və Almaniyadan qələbə

2026-cı il futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları bu gün keçiriləcək. 

90deqiqe.Az-ın məlumatına görə, A qrupunda yer alan Almaniya yığması Şimali İrlandiya ilə üz-üzə gəlib. Bu görüşdə meydan sahibləri qələbəyə sevinən tərəf olub.

Qrupun digər matçında Slovakiya səfərdə Lüksemburq seçməsi ilə qarşılaşıb və minimal hesabla qalib gəlib.

E qrupunda qərarlaşan Türkiyə millisi doğma meydanda İspaniya yığması ilə qarşılaşıb.Matç qonaqların 6:0 hesablı darmadağınlı qələbəsi ilə yekunlaşıb.

Gürcüstan seçməsi isə doğma meydanda Bolqarıstanla üz-üzə gəlib və rəqibi üzərində qələbəyə sevinən tərəf olub.

G qrupunda yer alan Niderland seçməsi səfərdə Litvanın qonağı olub. Beş qolun qeydə alındığı matçda qonaqlar əzmkar qələbə qazanıb.

Qrupun digər matçında Polşa doğma meydanda Finlandiya ilə qarşılaşıb və rəqibi üzərində qələbə qazanıb.

J qrupunda qərarlaşan Şimali Makedoniya doğma meydanda Lixtenşteynə, Belçika millisi isə Qazaxıstan yığmasına darmadağınla qalib gəlib.

DÇ-2026, seçmə mərhələ

7 sentyabr

A qrupu

22:45. Almaniya - Şimali İrlandiya - 3:1

Qollar: S.Qnabri, 7, N.Amiri, 69, F.Virts, 72, I.Prise, 34

22:45. Lüksemburq - Slovakiya - 0:1

Qollar: T.Riqo, 90

Xal durumu: Slovakiya - 6,  Almaniya - 3, Şimali İrlandiya - 3, Lüksemburq - 0

E qrupu

17:00. Gürcüstan - Bolqarıstan - 3:0

Qollar: K.Kvaratskhelia, 36, N. Gagnidze, 44, G. Mikautadze, 65

22:45. Türkiyə - İspaniya- 0:6

Qollar: Pedri, 6, 63, M.Merino, 22, 45+1, 58, F.Torres, 53

Xal durumu: İspaniya - 6, Türkiyə - 3, Gürcüstan - 3, Bolqarıstan - 0.

G qrupu

20:00. Litva - Niderland - 2:3

Qollar: M.Depay, 11, 64, Q.Timber, 33, G.Qineitis, 36, E. Qirdvainis, 43

22:45. Polşa - Finlandiya - 3:1

Qollar: M.Kaş, 27, R.Levandovski, 45+2, J.Kaminski, 55

Xal durumu: Niderland - 10, Polşa - 10,  Finlandiya - 7 , Litva - 3, Malta - 2

J qrupu 

20:00. Şimali Makedoniya - Lixtenşteyn - 5:0

Qollar: B.Buxel (a.q), 15, E.Bardhi, 52, D.Çurlinov, 56, L.Kjamili, 82, L.Stankovski, 90

22:45. Belçika - Qazaxıstan - 6:0

Qollar: K.De Bruyne, 42, 84, C.Doku, 44, 60, N.Raskin, 52, T.Meunier, 87

Xal durumu: Şimali Makedoniya - 11, Belçika - 10 xal,  Uels - 10, Qazaxıstan - 3, Lixtenşteyn - 0 

 

Избранный
258
90deqiqe.az

1Источники