RU

Adı “Qırmızı Kitab”a düşən quşu ovlamışdılar, xilas edildi

Ötən gün IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının birgə iştirakı ilə Qəbələ rayonunun Qəmərvan kəndində yerləşən “Bazardüzü” İstirahət Mərkəzində aparılan araşdırma nəticəsində adı Azərbaycanın “Qırmızı Kitabı”na düşmüş 1 qara kərkəsin qanunsuz olaraq saxlanılması aşkar edilib. 

“Qafqazinfo” xəbər verir ki, sözügedən fauna növü baytar mütəxəssislər tərəfindən ərazidən götürülərək müayinə və reabilitasiya üçün Bakı Zooloji Parkına təhvil verilib. 

Klinik müayinə zamanı quşun bədənində aşkarlanan qurğuşun güllə qalıqları onun məxsusi olaraq tutulmaq məqsədilə ov qurbanı olmasını deməyə əsas verir. Bundan əlavə, baxış zamanı quşun qida rasionunun zəifliyi, arıqlıq, eləcə də, baytarlıq qaydaları və normativlərinə uyğun olmayan şəraitdə saxlanılması müəyyən olunub.

Xilas edilən qara kərkəsin reabilitasiya müddəti tamamlandıqdan sonra vəhşi təbiətə buraxılması planlaşdırılır. 

"Cebheinfo.az"

Избранный
37
16
cebheinfo.az

10Источники