İngiltərənin “Çelsi” klubunun sabiq hücumçusu Hakim Ziyeş İspaniya La Liqasında çıxış edə bilər.
90deqiqe.Az-ın məlumatına görə, 32 yaşlı futbolçunun xidmətində “Sevilya” maraqlıdır. Əndəlüs təmsilçisi artıq futbolçu ilə müqavilə imzalamaq üçün maaş büdcəsində yer açmağa çalışır.
Mərakeşli futbolçu 2025-ci ilin iyulundan azad agent statusuna sahibdir.
Qeyd edək ki, Ziyeş 2020–2023-cü illərdə “Çelsi”nin formasını geyinib. Daha sonra “Qalatasaray”a keçib. Onun son klubu isə Qətər çempionatında çıxış edən “Əl-Duhail” olub. Futbolçu bu komandada 2025-ci ilin yanvarından iyuluna qədər çıxış edib.