EN

"Sevilya" "Çelsi"nin sabiq futbolçusunu transfer edir

İngiltərənin “Çelsi” klubunun sabiq hücumçusu Hakim Ziyeş İspaniya La Liqasında çıxış edə bilər.

90deqiqe.Az-ın məlumatına görə, 32 yaşlı futbolçunun xidmətində “Sevilya” maraqlıdır. Əndəlüs təmsilçisi artıq futbolçu ilə müqavilə imzalamaq üçün maaş büdcəsində yer açmağa çalışır.

Mərakeşli futbolçu 2025-ci ilin iyulundan azad agent statusuna sahibdir.

Qeyd edək ki, Ziyeş 2020–2023-cü illərdə “Çelsi”nin formasını geyinib. Daha sonra “Qalatasaray”a keçib. Onun son klubu isə Qətər çempionatında çıxış edən “Əl-Duhail” olub. Futbolçu bu komandada 2025-ci ilin yanvarından iyuluna qədər çıxış edib.

Chosen
114
90deqiqe.az

1Sources