1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Sentyabrın 7-nə keçən gecə Günəşdə güclü partlayış baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutundan TASS-a bildirilib.
Məlumata görə, partlayış 10 dəqiqə davam edib və güc səviyyəsinə görə M1.2 sinfinə aid olub.
Qeyd edək ki, Günəş partlayışları rentgen şüalarının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.