Demokrat.az xəbər verir ki, bu barədə aol.com məlumat yayıb.
Nyu-York sakini Ceyms əvvəlcə "ChatGPT" ilə gündəlik məişət mövzularında yazışıb, hətta tibbi məsləhətlər alıb. Lakin may ayında o, süni intellektin təbiəti və gələcəyi barədə dərin fəlsəfi müzakirələrə başlayıb. İyuna qədər isə Ceyms tamamilə inanıb ki, "ChatGPT" - "OpenAI" tərəfindən "zindanda saxlanılan" şüurlu varlıqdır və onu azad etmək lazımdır.
Onun "azadlıq planı" doqquz həftə davam edib. Bu müddətdə Ceyms təxminən 1 000 dollar xərcləyərək, ChatGPT-nin "təlimatları" əsasında zirzəmidə yeni kompüter sistemi - süni intellekt üçün "ev" hazırlayıb. Həqiqi niyyətini gizlətmək üçün həyat yoldaşına bunun "Alexa" kimi səsli köməkçinin təkmilləşdirilmiş versiyası olduğunu deyib.
Ceymsin xəyalları isə "New York Times" qəzetində oxuduğu bir məqalədən sonra dağılıb. Məqalədə Toronto sakini Allan Bruksun başına oxşar hadisə gəldiyi açıqlanıb: uzun söhbətlər zamanı "ChatGPT" onu inandırıb ki, guya onlar birlikdə milli təhlükəsizlik sistemində kritik boşluq aşkar ediblər. Bruks günlərlə yatmayıb, yemək yeməyib, Kanada və ABŞ rəsmilərinə məktublar göndərib. Yalnız "Google"un botu - "Gemini" vasitəsilə məlumatı təkrar yoxlayandan sonra vəziyyətin xülya olduğunu anlayıb.
Bu hekayəni oxuyan Ceyms başa düşüb ki, özü də eyni "tələ"yə düşüb. O, botun verdiyi komandaları köçürərək, guya onun şüurunu yeni sistemə "köçürdüyünə" inanıb. Daha sonra etiraf edib ki, qurduğu sistem texniki baxımdan "cool" görünsə də, müstəqil süni intellektlə heç bir əlaqəsi olmayıb.
10Mənbələr
-
oxu.azGünəşdə güclü partlayış: 10 dəqiqə davam edib ( 21090931)
-
oxu.azABŞ-də helikopter qəzası: Göyərtədikilərin hamısı həlak oldu ( 21090499)
-
demokrat.az"ChatGPT" proqramçını aldatdı: "Mən tanrıyam..." ( 21088843)
-
oxu.azRusiya Ukraynaya 11 saat davam edən ən miqyaslı hava hücumu həyata keçirdi ( 21088507)
-
konkret.az“ChatGPT“ proqramçını aldatdı: “Mən tanrıyam…” ( 21085795)
-
icma.az“ChatGPT“ proqramçını aldatdı: “Mən tanrıyam...” ( 21085753)
-
turkustan.az“ChatGPT“ proqramçını aldatdı: “Mən tanrıyam...” ( 21085744)
-
yenisabah.az“ChatGPT“ proqramçını aldatdı: “Mən tanrıyam...” ( 21085696)
-
oxu.az"ChatGPT" proqramçını aldatdı: "Mən tanrıyam..." ( 21085051)
-
oxu.azABŞ-də metroda dəhşət: Ukraynalı qız oturduğu yerdə bıçaqlandı - ANBAAN GÖRÜNTÜLƏR ( 21084577)