RU

Azərbaycan - Ukrayna oyunu yunanıstanlı hakimlərə tapşırıldı

Azərbaycan millisinin Ukrayna yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.

Fanat.Az-ın məlumatına görə, görüş Yunanıstandan olan ədalət təmsilçilərinə tapşırılıb.

FIFA referisi Vassilis Fotiasa Andreas Meintanas və Mixail Papadakis köməklik göstərəcək. Dördüncü hakim funksiyasınl Anastasion Papapetru yerinə yetirəcək. 

VAR-da Angelos Evangelu, AVAR-da Yoannis Papadopulos əyləşəcək.

Qeyd edək ki, Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Избранный
30
35
fanat.az

10Источники