AZ

Bu gün Azərbaycan - Ukrayna matçı var

Bu gün futbol üzrə Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində ikinci oyununa çıxır.

"Cebheinfo.az" xəbər verir ki, yığmamız Bakıda Ukrayna millisi ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da səsləndiriləcək.

Qeyd edək ki, AFFA İslaniya məğlubiyyətindən (0:5) sonra Fernandu Santuşla yollarını ayırıb. Millimizi bu matça U-21-in çalışdırıcısı Ayxan Abbasov çıxaracaq.

DÇ-2026

Seçmə mərhələ, D qrupu

9 sentyabr

Azərbaycan - Ukrayna

"Cebheinfo.az" 

Seçilən
29
3
cebheinfo.az

10Mənbələr