RU

"Bayer-04"ü çalışdıra bilər

Raul “Bayer-04”ü çalışdıra bilər.

"Football-plus.az" xəbər verir ki, həftənin əvvəlində bundesliqa klubu Erik ten Haqı baş məşqçi vəzifəsindən azad edib.

“Bayer-04”ün qısa namizədlər siyahısında üç məşqçi yer alır: Raul, Edin Terziç və Marko Roze.

Raul son 6 il ərzində “Real”ın gənclər komandasına rəhbərlik edib və bu ilin mayında klubdan ayrılıb.

Terziç 2022-24-cü illərdə Dortmund “Borussiya”sının baş məşqçisi olub. Rozeyə gəlincə, o, sonuncu dəfə 2022-25-ci illərdə “Leypsiq”i çalışdırıb.

Избранный
33
1
football-plus.az

3Источники