RU

Zelenski Ukraynaya edilən gecə hücumunu “şüurlu cinayət” adlandırdı VİDEO

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya ordusu Ukraynaya qarşı 800-dən çox dron və 13 raket (onlardan 4-ü ballistik) buraxıblar.Bizim.Media xəbər verir ki, bunu Prezident Vladimir Zelenski bildirib.Onun sözlərinə görə, bəzi dronlar Ukrayna–Belarus sərhədini keçib.

 

“Ümumilikdə yalnız paytaxtda onlarla insan xəsarət alıb... Zaporojyedə 20-dən çox ev və uşaq bağçası zədələnib. Krivoy Roqda ticarət anbarları dağıdılıb, Sumi vilayətinin Safonovka kəndində və Çerniqov bölgəsində ölənlər var.

Odessada çoxmərtəbəli yaşayış binasına zərbə endirilib. Son sutkada bir çox bölgələr zərər çəkib... Belə qətllər, halbuki çoxdan real diplomatiya başlaya bilərdi, şüurlu cinayətdir və müharibənin uzadılması deməkdir”, – deyə prezident vurğulayıb.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
83
1
bizim.media

2Источники