RU

Əfqanıstanda ŞOK: Qadınlar dağıntılar altında öldü, əvvəlcə kişiləri xilas etdilər

Əfqanıstanda Taliban rejiminin sərt qaydalarına görə zəlzələdən sonra qadınlar köməksiz qalıb.

News24.az xəbər verir ki, bu faciə, BMT-nin qeyd etdiyi kimi, Əfqanıstan cəmiyyətinin məruz qaldığı ikili standartların simvolu olub.

“The New York Times“ qəzetinin yazdığına görə, qohum olmayan kişi və qadınların fiziki təması qadağan olunduğu üçün yaralanan bir çox qadına vaxtında yardım göstərilməyib. Bəziləri dağıntılar altından xilas olunmaq üçün başqa kəndlərdən qadınların gəlməsini gözləyiblər.

Kunar əyalətindən olan 19 yaşlı Ayşa deyib: "Bizi bir küncə yığdılar və unudulduq. Heç kim bizə nə lazım olduğunu soruşmağa gəlmədi".

O, çoxlu yaralı qadın və yeniyetmə qızların köməksiz qaldığını bildirib. Könüllü Tahzibulla Muhazeb kişi xilasedicilərin qadınları dağıntılar altından çıxarmaqda tələsmədiyini təsdiqləyib.

Избранный
216
news24.az

1Источники