RU

DOST Mərkəzində təhsil alan benefisiarlar peşə məktəblərinə qəbul olublar

Bakı. Trend:

Bu il peşə təhsili müəssisələrinə qəbul olanlar arasında Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüzivİnkişaf və Yaradıcılıq Mərkəzinin həssas qruplardan olanbenefisiarları da var.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatagörə, Mərkəzdə rəqs istiqaməti üzrə təlimləri bitirən AytacHəziyeva Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə TəhsilMərkəzinin Veb dizayn və proqram təminatı ixtisasına qəbulolub.

Təsviri incəsənət istiqaməti üzrə təlimlərdə iştirak etmiş LəmanMəmmədova təhsilini 1 nömrəli Bakı Tibb Kollecində Mamalıq işiixtisası üzrə davam etdirəcək.

Təsviri incəsənət üzrə təlimləri uğurla tamamlayan digərbenefisiar İbrahim Abdullayev isə 7 nömrəli Bakı Peşə MəktəbindəTelekommunikasiyada kompüter texnikasının istismarı üzrə operatorixtisasında təhsil alacaq.

Избранный
50
6
az.trend.az

8Источники