RU

ABŞ Karib hövzəsində hərbi əməliyyatları davam etdirməyə hazırdır - Tramp

ABŞ narkotik kartelləri ilə mübarizə üçün Karib hövzəsində hərbi əməliyyatları davam etdirməyə hazırdır.

Musavat.com xəbər verir ki, bu çövqe ABŞ prezidenti Donald Trampın Nümayəndələr Palatasının spikeri Mayk Consona və Senatın sədri Çak Qrassliyə yazdığı məktubda ifadə olunub.

Məktub sentyabrın 4-də göndərilib, onu  CNN jurnalisti Alaina Trinh dərc edib: "2025-ci il sentyabrın 2-də Karib dənizində həyata keçirilən hərbi əməliyyatlar və gələcəkdə bu cür hərəkətlərin həyata keçirilməsi perspektivləri barədə sizə məlumat vermək istərdim. Hazırda hərbi əməliyyatların miqyasını və müddətini proqnozlaşdırmaq mümkün deyil. ABŞ Silahlı Qüvvələri növbəti hərbi əməliyyatlar keçirmək üçün gözləmə rejimindədir”.

Musavat.com

Избранный
38
musavat.com

1Источники