RU

Çin "Yaogan-40" peyklərini orbitə çıxarıb

BAKI, 7 sentyabr. TELEQRAF

Çin “Yaogan-40” uzaqdan zondlama peyklərinin üçüncü partiyasını orbitə çıxarıb. Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) bildirib ki, buraxılış uğurlu olub.

Teleqraf xəbər verir ki, bu barədə CASC-nin "WeChat" səhifəsi məlumat yayıb.

Buraxılış Bakı vaxtı ilə 20: 34-də Şansi əyalətinin şimalındakı Taiyuan kosmodromundan həyata keçirilib. Kosmik gəmi orbitə CZ-6A (Changzheng-6-ei) raketi ilə çatdırılıb. Bu, "Long March" seriyası daşıyıcıları üçün 593-cü buraxılışdır.

Yaogan-40 peyklərinin elektromaqnit mühitinin öyrənilməsi və bununla bağlı təcrübələrin aparılması üçün istifadə olunduğu bildirilir.

Избранный
36
6
teleqraf.com

9Источники