Türkiyənin “Trabzonspor” klubu kamerunlu qapıçı Andre Onananın icarə əsasında transferi ilə bağlı “Mançester Yunayted”lə şifahi razılığa gəlib.
90deqiqe.Az-ın məlumatına görə, klublar arasında bütün detallar razılaşdırılıb. Hazırda “Trabzonspor” Onananın qərarını gözləyir.
Qapıçı ötən mövsüm bütün turnirlərdə 50 oyunda iştirak edib və onlardan 11-də qapısını toxunulmaz saxlayıb. Futbolçunun “Mançester Yunayted”lə müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalının məlumatına əsasən, onun bazar dəyəri 25 milyon avro təşkil edir.