RU

Parisdə Azərbaycan mətbəxi və Qəbələnin qastronomiya potensialı təqdim olunacaq

Bakı. Trend:

Parisdə Eyfel qülləsinin yaxınlığında Beynəlxalq QastronomiyaGünləri çərçivəsində Azərbaycan pavilyonu da fəaliyyətgöstərəcək.

Trend xəbər verirki, pavilyonumuz ölkəmizin Fransadakı səfirliyi və “AzərbaycanDostları” Assosiasiyasının birgə təşkilatçılığı ilə həyatakeçiriləcək.

Sentyabrın 11-dən 14-dək Azərbaycan pavilyonunda mətbəximizininciləri - ənənəvi yeməklərlə, şərablarla yanaşı, milli musiqi vərəqs nümunələri də nümayiş etdiriləcək.

Paris Beynəlxalq Qastronomiya Günlərində ölkəmizin ən böyükturizm menecmenti şirkətlərindən olan “Gabala Hospitality Group”iştirak edərək, qonaqları Azərbaycanın qastronomik turizmistiqaməti olan füsunkar Qəbələ bölgəsinin mətbəx irsi ilə tanışedəcək. Qrupun aşpazları Elmar Əliyev və Rasim Nəcəfovziyarətçilərə bölgənin dağ ətrini və zəngin dadlarını əks etdirənyeməkləri təqdim edəcəklər. Həmçinin yerli şərablar, müxtəlif milliməhsullar iştirakçılara təqdim olunacaq.

Ziyarətçilərə “Happy Day Cake” şirniyyat evinin hazırladığıpaxlava və şəkərbura təqdim olunacaq. Bununla yanaşı, iştirakçılarAzərbaycan xalqının qədim şirniyyat mədəniyyəti ilə yaxından tanışolmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, Paris Beynəlxalq Qastronomiya Günləri 2016-cıildən etibarən keçirilir və bu il festival çərçivəsində 60-dan çoxölkəni təmsil edən pavilyonlar, habelə 120-ə yaxın ölkədənnümayəndələr bir araya gəlirlər. Tədbiri 40 mindən çox insanziyarət edir.

Избранный
7
4
az.trend.az

5Источники