Sudanda qızıl mədəninin çökməsi nəticəsində 6 nəfər həlak olub.
Xalqcebhesi.az xəbər verir ki, Sudanın şimalında qızıl mədənində dünən baş verən çökmə nəticəsində 6 nəfərin öldüyü, təxminən 20 nəfərin isə xilas edilməsini gözlədiyi bildirilir.
Səlahiyyətlilər dağıntılar altında qalanların xilas edilməsi işlərinin davam etdiyini açıqlayıb. Dağıntının səbəbi ilə bağlı heç bir açıqlama verilməyib.
Məryəm Quliyeva