RU

Londonda BBC-nin keçmiş qərargahında güclü yanğın

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Londonda BBC-nin keçmiş qərargah binasında güclü yanğın baş verib. Alov binanın yuxarı mərtəbələrinə yayılıb, nəticədə restoran, xarici terras və ventilyasiya sistemləri tamamilə məhv olub. Bir sıra mənzillərin də zərər çəkməsi ehtimal edilir.
Oxu.Az bu barədə "Reuters"ə istinadla xəbər verir.
Bildirilib ki, hadisə yerinə təxminən 100 yanğınsöndürən cəlb olunub. Hammersmit, Şimali Kensinqton, Kensinqton, Çizik və digər qonşu rayonlardan xüsusi bölmələr alovla mübarizəyə qoşulub.
Yanğının səbəbi hələlik məlum deyil. Hadisə nəticəsində xəsarət alan və ya ölənlərin olub-olmaması barədə məlumat verilməyib.
Избранный
75
3
oxu.az

10Источники