1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Qazaxıstanın İqtisadi və Korrupsiya Cinayətkarlığı ilə Mübarizə Agentliyinin keçmiş sədri Kayrat Kojamjarova qarşı məhkəməyə qədərki araşdırma başlanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb.
Məlumatda bildirilib ki, onun rəhbər vəzifələrdə çalışdığı müxtəlif dövrlərdə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması faktları üzrə araşdırmalara başlanılıb.
Qeyd edək ki, Kojamjarov Qazaxıstan Təhlükəsizlik Şurasının katibi vəzifəsində də çalışıb.