RU

Suaresə ağır cəza

ain.az, futbolpress-az saytına istinadən bildirir.

ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Luis Suares 6 oyunluq cəzalandırılıb.

Futbolpress.az xəbər verir ki, buna səbəb forvardın Liqalar Kubokunda “Sietl Saunders”lə matçda rəqib klubun əməkdaşlarından birinə tüpürməsi olub.

“Sietl Saunders”in 3:0 hesabıyla qalib gəldiyi matçın final fitindən sonra meydanda ara qarışıb. Futbolçular və klub nümayəndələri arasında mübahisə yaranıb. Nəticədə “Sietl Saunders”in məşqçisi Stiven Lenhart (5 oyun), o cümlədən “İnter Miami”nin daha iki futbolçusu Tomas Aviles (3 oyun) və Serxio Buskets (2 oyun) cəzalanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
63
futbolpress.az

1Источники