RU

Beyləqanda yanğın törədən şəxs cərimə olundu

Sentyabr ayının 5-də Beyləqan rayonunun Baharabad qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
NOCOMMENT.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğını 61 yaşlı Nurəddin Arifovun törətdiyi müəyyən olunub. Hadisə nəticəsində 2 hektar ərazidə əkin sahəsi yanıb.
N.Arifov barəsində inzibati qanunvericiliyə uyğun 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.
Избранный
8
18
nocomment.az

10Источники