AZ

Beyləqanda yanğın törədən şəxs cərimə olundu

Sentyabr ayının 5-də Beyləqan rayonunun Baharabad qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Axar.az-a bildirilib ki, araşdırmalarla yanğını 61 yaşlı Nurəddin Arifovun törətdiyi müəyyən olunub. Hadisə nəticəsində 2 hektar ərazidə əkin sahəsi yanıb.

N.Arifov barəsində inzibati qanunvericiliyə uyğun 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.
Seçilən
4
38
sherg.az

10Mənbələr