RU

Zelenski: Putin istəyirsə, Kiyevə gələ bilər

Ölkəm hər gün raket zərbələrinə və hücumlara məruz qaldıqda mən Moskvaya gedə bilmərəm. Bu terrorçunun paytaxtına gedə bilmərəm.

Sitat.info xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski “ABC Nyus”a müsahibəsində deyib.

“Putin ABŞ-la oyun oynayır. Əgər insan müharibə zamanı görüşmək istəmirsə, əlbəttə ki, mənim və ya başqalarının qəbul edə bilməyəcəyi bir şey təklif edə bilər”, - Ukrayna prezidenti vurğulayıb.

Zelenski əlavə edib ki, Putin istəyirsə, Kiyevə gələ bilər.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin Moskvada görüş təklifini rədd edib.

Избранный
6
1
sitat.info

2Источники