RU

İncəsənət məktəb və mərkəzlərinə qəbulun nəticələri açıqlandı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə şagird qəbul imtahanlarının ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb.Bu barədə Metbuat.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Namizədlər nəticələrlə exam.culture.az portalı vasitəsilə tanış ola bilərlər.Nəticələr elan olunduğu tarixdən etibarən 5 (beş) gün ərzində namizədlər “MyCulture” şəxsi kabineti üzərindən tələb olunan sənədləri qəbulu təsdiqləmək məqsədilə sistemə yükləməlidirlər.

️Yeni təhsil ilində bütün şagird və müəllimlərimizə uğurlar arzulayırıq.

Избранный
37
1
metbuat.az

10Источники