AZ

2025/2026-cı tədris ili üzrə qəbul imtahanlarının nəticələri elan olunub! » AzadMedia.az


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə şagird qəbul imtahanlarının ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb.

Namizədlər nəticələrlə exam.culture.az portalı vasitəsilə tanış ola bilərlər.

Nəticələr elan olunduğu tarixdən etibarən 5 (beş) gün ərzində namizədlər “MyCulture” şəxsi kabineti üzərindən tələb olunan sənədləri qəbulu təsdiqləmək məqsədilə sistemə yükləməlidirlər.

️Yeni təhsil ilində bütün şagird və müəllimlərimizə uğurlar arzulayırıq.
Seçilən
1
25
azadmedia.az

10Mənbələr