RU

US Open turnirində finala yüksələn kişi tennisçilər bəlli oldu

ain.az bildirir, Oxu.az portalına istinadən.

ABŞ-də keçirilən mötəbər "US Open" tennis turnirində kişilər arasında finalçılar müəyyənləşib.

Oxu.Az xəbər verir ki, turnirin finalında dünya tennisinin iki parlaq ulduzu - italiyalı Yannik Sinner və ispaniyalı Karlos Alkaras qarşılaşacaqlar.

İtaliyanın son illərdəki ən uğurlu tennisçisi olan Sinner yarımfinalda kanadalı Feliks Ojye-Alyassim üzərində inamlı qələbə qazanaraq finala yüksəlib.

Bu nəticə ilə o, "US Open" tarixində ardıcıl iki il finala çıxan nadir tennisçilərdən birinə çevrilib.

Digər tərəfdə isə ispaniyalı gənc ulduz Karlos Alkaras yarımfinalda tennis əfsanəsi Novak Çokoviçi məğlub edərək adını finala yazdırıb.

Qeyd edək ki, Sinner və Alkaras bu il Rolan Qarrosda (Fransa) və Uimbldonda (Britaniya) baş tutan "Böyük Dəbilqə" (BD) turnirlərinin finalında görüşüblər və hərəyə bir qələbə qazanıblar. Bazar günü mövsümün sonuncu BD turnirində Sinner 5-ci, Alkaras isə 6-cı kubokunu qazanmağa çalışacaq.

Xatırladaq ki, qadınların finalında belaruslu Arina Sabalenka ABŞ-li Amanda Anisimova ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
2
oxu.az

3Источники