RU

Kütləvi dava: 15 yaşlı oğlan bıçaqlandı

ain.az, Axar.az saytına istinadən bildirir.

Daşkəsəndə mübahisə zəminində 2 nəfər bıçaq xəsarəti alıb, saxlanılanlar var.

Axar.az Report-a istinadən xəbər verir ki, Daşkəsən rayon sakinləri, 1992-ci il təvəllüdlü Asəf İsmayılov və 2010-cu il təvəllüdlü C.Ələkbərov mübahisə zəminində bıçaq xəsarətləri alıblar.

Zərərçəkənlər Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 2005-ci il təvəllüdlü Elgün Məmmədov və 2007-ci il təvəllüdlü Zamin Rzazadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
81
2
axar.az

6Источники